Qəzza zolağında yardım paylama mərkəzlərində və bazarlarda ərzaq ehtiyatları tükənib...
Poliqon xəbər verir ki, bu barədə Fələstin Qızıl Aypara Cəmiyyətinin (PRCS) hesabatında deyilir. Təşkilatın bəyanatını ümumərəb telekanalı “Əl-Cəzirə” yayıb.
PRCS-ə görə, anklavda ərzaq vəziyyəti son 19 ayın ən pisidir. Bir milyondan artıq qaçqın və köçkün minimum gündəlik ərzaq ehtiyaclarını belə ödəyə bilmir, əhali aclıq astanasındadır.
PRCS qeyd edib ki, öz ehtiyatları tamamilə tükənibb, buna görə də təşkilat yalnız çox məhdud miqdarda paxlanı icma mətbəxlərinə paylaya bilər.
Qeyd edək ki, aprelin 12-də Avropa İttifaqı İsraili Qəzza zolağının blokadasını ləğv etməyə çağırıb. Aprelin əvvəlində bildirilmişdi ki, Qəzza zolağında əhali üçün çörək istehsal edən bütün çörək zavodları yanacaq və un çatışmazlığı səbəbindən fəaliyyətini dayandırıb.
Poliqon.info