Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Paleogenetika və zooarxeologiya sahəsində aparılan yeni tədqiqatlar ev pişiklərinin mənşəyi və təkamülünə işıq salıb.
Oxu.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, əvvəllər pişiklərin gəmiriciləri məhv etmək üçün insanlara yaxınlaşdığı güman edilirdi. Lakin son kəşflər bu nəzəriyyəni şübhə altına alır.
Paleogenetika üzrə mütəxəssis Marko de Martino və həmkarları müasir ev pişiklərinin əvvəllər fərz edildiyi kimi Yaxın Şərqdən deyil, Şimali Afrikada yaşayan populyasiyalardan törədiyi qənaətinə gəliblər. Bu hadisə Neolit dövründən bir neçə min il sonra, insanların oturaq həyat tərzi keçirməyə və əkinçiliklə məşğul olmağa başladığı dövrdə baş verib.
Zooarxeoloq Şon Doerti və komandası pişiklərin dünyaya yayılmasında qədim Misirin dini ayinlərinin mühüm rol oynadığı hipotezini irəli sürüblər. Misirdə tapılan ən qədim ev pişiyinin qalıqları təxminən e.ə. 500-cü ilə aid edilir. Təxminən üç min il əvvəl qədim misirlilər pişikləri kütləvi şəkildə mumiyalamağa başlayıblar.
Maraqlıdır ki, qədim Misirdə pişiklər müqəddəs heyvanlar hesab olunur və ev ocağının, qadın gözəlliyinin və məhsuldarlığın himayədarı olan Bastet ilahəsi ilə əlaqələndirilirdi.
Beləliklə, müasir tədqiqatlar bütün ev pişiklərinin qədim Misirdəki heyvanların nəslindən ola biləcəyini göstərir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.