Hindistanın Baş naziri Narendra Modi və Rusiya Prezidenti Vladimir Putin telefon danışığı zamanı Pahalqamda baş vermiş son terror aktını müzakirə ediblər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Putin vurğulayıb ki, hücumu törədənlər və onların tərəfdarları məsuliyyətə cəlb edilməlidirlər.
Söhbət zamanı Modi və Putin Rusiya-Hindistan tərəfdaşlığının daha da gücləndirilməsinə sadiq olduqlarını təsdiq ediblər.
Bundan əlavə, Putin Modinin yüksək səviyyədə ənənəvi illik ikitərəfli görüşün keçirilməsi üçün Hindistana səfər dəvətini qəbul edib.