AZ

Alonso Bayern in erkən çempionluğundan danışdı

ain.az bildirir, Fanat portalına istinadən.

"Bayer Leverkuzen"in baş məşqçisi Xabi Alonso Bundesliqada "Frayburq"la oyundan (2:2) sonra "Bayern Münhen"in Almaniya çempionatında erkən qələbəsini şərh edib.

Fanat.Az xəbər verir ki, Bundesliqanın mətbuat xidməti ispan çalışdırıcının dediklərini belə çatdırıb: 

"Frayburq"la oyun üç mərhələdən ibarət idi. İlk 15 dəqiqədə yaxşı oynadıq, amma sonra "Frayburq" sürət götürdü. Rəqibimizə həddən artıq imkan yaratdıq və ötürmələrimizdə tez-tez səhvlərə yol verdik.

"Bayern"i çempionluğu münasibətilə təbrik edirəm. Onlar bu mövsüm ən stabil komanda idi".

Xatırladaq ki, "Bayer Leverkuzen" 2023/2024 mövsümünün qalibidir. "Əczaçılar" bu mövsüm liderdən 8 xal geridə qalır ki, belədə son 2 turun nəticəsi heç nəyi dəyişməyəcək.

Mirağa

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
icma.az

2Mənbələr