AZ

Məşhur sosial media platforması birdəfəlik bağlandı

Metbuat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Skype” platforması fəaliyyətini dayandırıb.

Metbuat.az xəbər verir ki, bu barədə "Microsoft" şirkəti məlumat yayıb. Məlumata görə, şirkət istifadəçilərə "Microsoft Teams" platformasından istifadə etməyi tövsiyə edib. Qeyd edək ki, “Skype” platforması 2003-cü ildə istifadəyə verilmişdi. “Skype” maraqla qarşılanıb və milyonlarla insan tərəfindən istifadə edilib. Ardınca “Microsoft” “Skype” platformasını almışdı. Lakin müasir imkanlara malik platformaların istifadəyə verilməsindən sonra “Skype” nüfuzunu itirib.

2017-ci ildə isə “Microsoft” “Teams” platformasını istifadəyə verib. “Teams” xidmətlərinə görə “Skype” platformasına bənzəyir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
icma.az

2Mənbələr