Ukraynanın Hərbi Hava Qüvvələri Rusiya Ordusunun Kursk vilayətində yerləşən pilotsuz uçuş aparatları bölmələrinin idarəetmə məntəqəsinə zərbə endirib.
Aznews.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində Rusiyanın təxminən 20 hərbçisi ölüb, ərazidə olan texnikasının bir hissəsi isə sıradan çıxarılıb.