AZ

Samir Vəliyev: Azərbaycan multikulturalizm modeli ilə dünya üçün nümunədir

  Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələri yüksək səviyyədədir. Azərbaycanda tarixən mövcud olan milli və dini tolerantlıq ənənələri bu gün dünya ölkələri və beynəlxalq qurumlar tərəfindən də böyük maraqla qarşılanır. Prezidentimiz İlham Əliyev multikulturalizmi dövlət siyasəti elan edib. Azərbaycan hələ qədim dövrlərdən müxtəlif xalqların və fərqli dini inanclara sahib insanların mehriban şəraitdə yaşadığı dövlət olub. Multikulturalizm siyasətinin məqsədi də elə müxtəlif dinləri və mədəniyyətləri bir dam altında birləşdirməkdən ibarətdir.

Referans bildirir ki, bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev deyib.

"Ölkəmiz bütün dünyada həm də tolerantlıq örnəyi kimi tanınır. Azərbaycanda dini və milli dözümlülük, tolerantlıq yüksək səviyyədədir. Azərbaycanda müxtəlif dinlərin nümayəndələri din, məzhəb və təriqətlərindən asılı olmayaraq, qarşılıqlı hörmət və dostluq şəraitində fəaliyyət göstərir, dini ayin və mərasimlərini sərbəst yerinə yetirirlər. Patriarx Kirilin ölkəmizə səfəri və Azərbaycanda tolerantlıq mühiti haqqında xoş fikirlər söyləməsi bu baxımdan böyük əhəmiyyət kəsb edir. Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin Rus Pravoslav kilsəsinin I dərəcəli “Müqəddəs Knyaginya Olqa” ordenini Azərbaycanın Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təqdim etməsi yüksək dəyərə layiqdir. Prezident İlham Əliyevin multikulturalizmə, tolerantlığa verdiyi siyasi dəyərin dünya miqyasında real elmi, mədəni, sosial müstəvilərə köçürülməsi işində Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun böyük xidmətləri danılmazdır. Bu gün Azərbaycan multikultural ənənələrinin qorunub saxlanması, təbliği ilə bağlı Heydər Əliyev Fondu olduqca əhəmiyyətli, möhtəşəm layihələr həyata keçirir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və əzmkar fəaliyyəti nəticəsində tarix boyu sivilizasiyaların və mədəniyyətlərin qovşağında yerləşən ölkəmizin Şərqlə Qərb arasında körpü rolu oynaması daha da aktuallıq kəsb edir, -deyə o qeyd edib.  

Seçilən
0
1
referans.az

2Mənbələr