Ajans.az Bakupost.az-a istinadən xəbər verir ki, ABŞ prezidenti "filmlərin yenidən Amerikada çəkilməsini istəyirik" deyə çağırış edib. Qeyd olunur ki, yeni rüsumun necə tətbiq olunacağı hələlik məlum deyil. Bunun kinoteatrlarda nümayiş olunan və ya yayımlanan filmlərə şamil ediləcəyi də bəlli deyil. Ticarət naziri Hovard Lutnik bu qərarı təsdiqləsə də, əlavə məlumat verməyib. Hollivud artıq uzun müddətdir istehsal xərclərinə görə film çəkilişlərini xaricə köçürüb. 2023-cü ildə 40 milyon dollardan çox büdcəli Amerika layihələrinin yarısı xaricdə çəkilib. Sənaye ekspertləri xəbərdarlıq edir ki, bu qərar əks-reaksiyalara səbəb ola və ABŞ film sənayesinə zərər verə bilər. Kanada, Britaniya, Avstraliya və Yeni Zelandiya kimi beynəlxalq istehsal mərkəzləri Trampın açıqlamasına cavab olaraq öz sənayelərini müdafiə edəcəklərini bildiriblər.