Bakı. Trend:
Aviasiya əfsanəsi olan “Konkord” (Concorde) təyyarəsi tarixiabidələr sırasına daxil edilib.
Trend xəbərverir ki, Fransanın mədəniyyət naziri Raşida Dati 1 nömrəli“Konkord”un və onun avadanlıqlarının tarixi abidələr kimi təsnifedildiyini açıqlayıb.
Təyyarə hazırda Tuluz şəhərində Hava və Kosmik Akademiyasınaməxsusdur. Bildirilir ki, qərar İrs və Memarlıq üzrə MilliKomissiyanın martın 13-də keçirilən iclasının üzvlərininyekdilliklə müsbət rəyindən sonra qəbul edilib. Bu qərar“Konkord”un inkişafının beynəlxalq aviasiya tarixində tutduğuimtiyazlı yeri və onun qorunmasında ictimai marağı tanıyıb.
2014-cü ildən bəri Blanyakdakı Aeroskopia Muzeyində nümayişetdirilən əfsanəvi səsdən sürətli təyyarənin bu ilk istehsalnümunəsi müstəsna irs dəyərinə görə qorunan təyyarələr qrupunaqoşulur.
1967-1979-cu illər arasında hazırlanmış 20 təyyarədən 6-sıFransada olmaqla dünyada 18-i saxlanılır.