ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı barədə paylaşım edib.
Bakıvaxtı.az xəbər verir ki, Tramp danışığın məhsuldar keçdiyini bildirib.
"İndicə Türkiyə Prezidenti Ərdoğanla Rusiya və Ukrayna arasındakı müharibə, Suriya, Qəzza ilə bağlı hər şey haqqında, eləcə də bir çox digər mövzularda çox yaxşı və məhsuldar telefon danışığım oldu", - Tramp qeyd edib.
Tramp Ərdoğanın onu Türkiyəyə dəvət etdiyini, özünün də həmkarını Vaşinqtona dəvət etdiyini vurğulayıb.
O, Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün Ərdoğanla işləməyi səbirsizliklə gözlədiyini əlavə edib.