İspaniya təmsilçisi “Rayo Valyekano”nun bu günə planlaşdırılan məşqi oğurluq səbəbindən təxirə salınıb.
Viral.az xəbər verir ki, futbolçular məşqdən öncə paltardəyişmə otağına daxil olublar və orada 1 saat vaxt keçiriblər.
Məlum olub ki, bu müddət ərzində klubun idman direktoru və futbolçular arasında iclas olub.
Son Yazılar:
- La Liqa təmsilçisinin məşqi oğurluq səbəbindən təxirə SALINDI
- PKK-nın silahı yerə qoyması dönüş nöqtəsi olacaq
- Yoxlama oyunları keçirəcək Azərbaycan millisinin heyəti AÇIQLANDI
Səbəb isə bazada oğurluq hadisəsinin baş verməsidir. Oğurluq zamanı bəzi futbolçuların butsları və digər avadanlıqları yoxa çıxıb. Hadisənin üzərindən 3 saat vaxt keçsə də hadisə yerinə polis gəlməyib. Ardınca futbolçular yavaş-yavaş bazanı tərk etmək məcburiyyətində qalıblar.
Daha sonra kollektivin məşq ləvazimatları bərpa olunub.