"Centrum Air" aviaşirkətinin bu gündən həyata keçirdiyi Bakı–Daşkənd marşrutu üzrə reysi Özbəkistan və Azərbaycan xalqları arasında yeni körpü olacaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu "Centrum Air" aviaşirkətinin təsisçisi və İdarə Heyətinin sədri Əbdüləziz Əbdürəhmanov Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Bakı-Daşkənd birbaşa reysinin iki ölkə arasında əməkdaşlığa mühüm töhfə verəcəyini bildirib:
"Özbəkistan və Azərbaycan arasında yalnız iqtisadi deyil, həm də dərin tarixi, mədəni və qohumluq əlaqələri mövcuddur. Bakı-Daşkənd reysi xalqlarımız arasında daha bir körpü olacaq və səyahətləri asanlaşdıracaq".
Qeyd edək ki, Bakı–Daşkənd istiqaməti artıq Heydər Əliyev Beynəlxalq Aeroportunun marşrut şəbəkəsinə daxildir. "Centrum Air"in bu xəttə qoşulması sərnişinlər üçün əlavə tezlik və seçim imkanı yaradacaq.