AZ

Tramp: Ukraynada müharibəni Ərdoğanla bitirmək istəyirəm

Sherg.az saytına istinadən ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna münaqişəsinin həlli istiqamətində əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Teleqraf xəbər verir ki, Tramp bu fikirlərini Ərdoğanla telefon danışığından sonra "Truth Social" platformasında paylaşıb.

“Mən Rusiya və Ukrayna arasındakı gülünc, lakin ölümcül müharibəni indi bitirmək üçün prezident Ərdoğanla işləməyi səbirsizliklə gözləyirəm,” - deyə Tramp qeyd edib.

Tramp daha əvvəl də Ukrayna münaqişəsini hakimiyyətə gələr-gəlməz tez bir zamanda bitirəcəyini iddia etmişdi. Onun bu çıxışı, müharibənin diplomatik yolla həllinə dair yeni təşəbbüslərin siqnalı kimi qiymətləndirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
2
icma.az

3Mənbələr