AZ

Həcc ziyarəti zamanı viza qaydalarını pozanlar 26 min dollar məbləğində cərimələnəcək

Bakı. Trend:

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi Həcc ziyarətindəviza qaydalarını pozanlar üçün 26 min dollara qədər böyük məbləğdəcərimələr və Krallığa mümkün giriş qadağası tətbiq olunacağını elanedib.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, nazirlik cəzadan yayınmaq üçünqarşıdan gələn mövsümdə Həcc ziyarətinə rəsmi icazənin alınmasınınvacibliyini vurğulayıb.

Səudiyyə Ərəbistanının Nazirliyi bildirib ki, rəsmi icazəsiz vəya turist vizası ilə Həcc ziyarətinə gedən şəxslər 5332 dollarcərimələnəcək.

Nazirlikdən verilən məlumata görə, icazəsiz Həcc ziyarətinəgedən və ya bunu etməyə cəhd edən şəxs üçün turist vizası üzrəmüraciət edən hər kəs 26 min dollara qədər cərimələnəcək. Bu, Həccdövründə səyahət vizası olanları Məkkəyə və ya müqəddəs yerlərədaşıyan hüquqi və fiziki şəxslərə də aiddir.

Eyni zamanda, bildirilib ki, bu kateqoriyaya turist vizasısahiblərini otellərdə, mənzillərdə, şəxsi yaşayış yerlərində,sığınacaqlarda və ya zəvvarların məskunlaşdığı digər yerlərdəgizlədənlər, habelə onların Məkkədə və ya müqəddəs yerlərdəqalmalarına hər hansı formada yardım təklif edənlər dədaxildir.

Nazirliyin bəyanatında deyilir: “Cəzalar pozuntuların sayı iləartır. Qanunu pozanlara və qeyri-qanuni olaraq Həcc ziyarətinə cəhdedərkən yaxalanan xarici vətəndaşlara 10 il müddətinə SəudiyyəƏrəbistanına giriş qadağan ediləcək”.

Bu il Həcc ziyarətinin iyunun 6-da, cümə günü axşam başlanacağıvə iyunun 11-də başa çatacağı gözlənilir.

Seçilən
0
10
az.trend.az

10Mənbələr