“Azərbaycanın millət vəkili Azər Badamov Rusiyaya anti-Rusiya çıxışı ilə əlaqədar buraxılmayıb”.
Referans xəbər verir ki, bu barədə “RİA Novosti” adını açıqlamadığı mənbəyə istinadən məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Badamova qarşı görülən tədbirlər şəxsi xarakter daşıyır və Rusiya-Azərbaycan münasibətlərinin inkiafına, ikitərəfli strateji tərəfdaşlıq və əməkdaşlığa təsir göstərmir.
Xatırladaq ki, ötən gün Rusiya tərəfinin dəvəti və Abşeron RİH-in təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün Rusiyanın Həştərxan vilayətinə səfərə yollanıb, lakin nümayəndə heyətinin tərkibinə daxil olan deputat Azər Badamov Moskvada hava limanında saxlanılıb və ona Həştərxan reysinə minməyə icazə verilməyib. A.Badamova ölkəyə girişinə qadağa qoyulduğu bildirilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta