AZ

Levandovski "İnter"lə oyuna HAZIRDIR

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda “Barselona” sabah “İnter”in qonağı olacaq.

Bizim.Media xəbər verir ki, Kataloniya təmsilçisinin bir müddət əvvəl zədələnən hücumçusu Robert Levandovski artıq sağalıb.
 

Polşalı forvard matçın iştirak ərizəsində yer alıb. 36 yaşlı futbolçu aprelin 19-da La Liqada "Selta" ilə keçirilən oyunda zədə almışdı.


Sabah keçiriləcək “İnter” – “Barselona” oyunu saat 23:00-da başlayacaq. Komandalar arasındakı ilk oyunda bərabərlik qeydə alınıb – 3:3.

Qeyd edək ki, "Barselona"nın əsas qol silahlarından olan Levandovski bu mövsüm Kataloniya klubunda 48 oyuna 40 qol vurub, 3 qol ötürməsi edib.

Bizim.Media

Seçilən
0
3
bizim.media

4Mənbələr