AZ

“Putin və Əliyevin bir-birinə hörməti var” - Rusiyanın Azərbaycandakı səfiri

Rusiyanın Azərbaycandakı səfiri Mixail Evdokimov əmindir ki, Bakı və Moskva “Rus Evi” və “Russia Today”in Azərbaycandakı nümayəndəliyi ilə bağlı qarşılıqlı məqbul həll yolları tapacaqlar.

Herbiand.az bildirir ki, səfir daha sonra bunları deyib: “Əsas odur ki, mənə elə gəlir ki, biz Azərbaycan tərəfi ilə həm bu məsələdə, həm də “Sputnik” mövzusunda müsbət dialoqa başlamışıq”.

Evdokimov ümid edir ki, bu dialoq davam edəcək və qarşılıqlı məqbul həll yolları tapılacaq: “Xüsusən də Azərbaycanın bir sıra mədəniyyət mərkəzləri və azərbaycanlı jurnalistlər Rusiyada uğurla fəaliyyət göstərir”.

O, həmçinin əmin edib ki, Putin və Əliyev arasında qarşılıqlı hörmət sayəsində tərəflər hətta mürəkkəb məsələləri effektiv şəkildə həll edə bilərlər.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
0
herbiand.az

1Mənbələr