AZ

Belarusla Azərbaycannın sosial sahədə əməkdaşlığı müzakirə olundu

BAKI, 5 may. TELEQRAF

Ölkəmizdə səfərdə olan Belarus Respublikası əmək və sosial müdafiə nazirinin birinci müavini Tatyana Astreyko DOST Agentliyində olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf-a verilən məlumata görə, 1 saylı Bakı DOST mərkəzində əhaliyə göstərilən xidmətlərlə tanış olan Tatyana Astreykoya DOST mərkəzlərinin fəaliyyəti və iş prinsiplərinə dair məlumat verilib. DOST konsepsiyasına və son illər ölkəmizdə dövlət sosial xidmətlərinin elektonlaşdırılması sahəsində əldə olunan uğurlara dair təqdimatlar edilib.

Agentlikdə keçirilən görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Azərbaycanla Belarus arasında dostluq münasibətlərinə əsaslanan ikitərəfli əlaqələrin inkişafından bəhs edib. O, əmək, məşğulluq, sosial müdafiə sahələrində də əməkdaşlığın daim genişlənməkdə olduğunu deyib.

Ötən dövrdə imzalanan əməkdaşlıq sənədlərinin, o cümlədən son illər iki nazirlik arasında imzalanmış Anlaşma Memorandumunun əlaqələrin inkişafında əhəmiyyəti vurğulanıb. Həmin Memorandumun icrası üzrə Tədbirlər Planının, habelə DOST Agentliyi ilə Belarusun “Milli Elektron Xidmətlər Mərkəzi” Respublika Unitar Müəssisəsi arasında əməkdaşlıq sənədlərinin layihələrinin də hazırlandığı qeyd edilib.

Son illər Azərbaycanda əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatların nailiyyətləri diqqətə çatdırılıb.

Belarus Respublikası əmək və sosial müdafiə nazirinin birinci müavini ölkəmizə səfəri ilə bağlı xoş təəssüratlarını ifadə edib, sosial sahədə ikitərəfli əməkdaşlıq gündəliyini genişləndirmək üçün ardıcıl işlərin aparıldığını vurğulayıb.

Görüşdə sosial sahədə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Seçilən
0
5
teleqraf.com

6Mənbələr