Bakı. Trend:
Böyük Britaniyanın kral hava qüvvələri “StormShroud” nəslindəolan yeni hərbi təyinatlı pilotsuz uçan aparatını ictimaiyyətətəqdim edib. PUA-nın əsas təyinatı pilotlu “F-35” və “Typoon”qırıcılarını mühafizə etməkdir.
Trend xəbər verirki, bu barədə “Defence Blog” yazır.
Qeyd edilir ki, göyərtəsindən kompleks radioelektron mübarizəkompleksi olan dron artıq may ayının əvvəlindən Britaniya ordusununsərəncamına verilib. Dron uzun məsafələrdən düşmənin radarlarınınsusdurulması üçün nəzərdə tutulan “BriteStorm” sistemi ilə təchizolunub.
Böyük Britaniya hökuməti bəyan edib ki, HHQ “StormShroud”platformasının istehsalına 19 milyon funt investisiya qoyur. Budron pilotlu qırıcılarla bərabər tapşırıqlar yerinə yetirəcək“Autonomous Collaborative Platforms” ailəsinə aid ilk aparatolacaq.