AZ

Rəsmi Bakı Polşa ilə münasibətlərin daha da inkişaf edəcəyinə əmindir

“Polşa ilə Azərbaycan arasında əlaqələr uğurlu tarixi ənənələrə əsaslanır. Polşalı mühəndislər XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanın neft sənayesində mühüm rol oynayıb”.

APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev 3 may - Polşanın Konstitusiya Günü münasibətilə təşkil olunan tədbirdə deyib.

O, ölkələr arasında münasibətlərin həm ikitərəfli formatda, həm də beynəlxalq platformalar çərçivəsində uğurla inkişaf etdiyini vurğulayıb.

Diplomat bunun sübutu kimi "Strateji Əməkdaşlıq Haqqında Birgə Bəyannamə" və "İqtisadi Əməkdaşlıq Haqqında Yol Xəritəsi"nin imzalandığını sözlərinə əlavə edib:

"Son illərdə BMT Baş Assambleyasının 79-cü sessiyası çərçivəsində bizim xarici işlər nazirləri arasında görüş olub və bu ilin əvvəlində onlar telefon danışığı aparıblar. Bakıda Strateji Əməkdaşlıq Haqqında Məsləhətləşmələr də keçirilib. Polşa Azərbaycanla Hökumətlərarası Komissiyanın fəaliyyətinə önəm verir. Bu komissiya münasibətlərimizin inkişafına əhəmiyyətli zəmin yaradır. Əminik ki, birgə səylərimiz nəticəsində Polşa ilə Azərbaycanın münasibətləri getdikcə daha da inkişaf edəcək”.

Seçilən
0
2
apa.az

3Mənbələr