AZ

Ukrayna kəşfiyyatı “Magura” dronlarını təkmilləşdirir

Ukrayna kəşfiyyatı Qara dəniz üzərində Rusiyanın iki qırıcısını uğurla vurduqdan sonra “Magura” dəniz dronlarını təkmilləşdirir.

Bakıvaxtı.az “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə telemarafonda Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (BKİ) nümayəndəsi Yevgeni Yerin bildirib.

Onun sözlərinə görə, Rusiya təyyarələrinin “Magura” dəniz dronları ilə uğurla məhv edilməsi Ukrayna Müdafiə Qüvvələrinin düzgün taktikasına dəlalət edir.

“Magura” ailəsindən olan dronlar artıq bir və ya iki modifikasiya deyil, müxtəlif situasiyalarda istifadə olunan çoxməqsədli dronlardır. Onların istifadə üçün seçim və imkanları çoxdur. Bunun üzərində iş gedir, fəaliyyət davam edir, inkişaf fasiləsizdir”, - Yerin deyib.

Xatırladaq ki, mayın 2-də BKİ Novorossiysk yaxınlığında Rusiyanın “Su-30” təyyarəsini vurub. Daha sonra Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın iki təyyarəsinin “Magura-7” dronlarından infraqırmızı yönləndiricili “AIM-9 Sidewinder” “hava – hava” sinifli raketlərlə vurulduğunu açıqlayıb.

Seçilən
0
4
bakivaxti.az

5Mənbələr