AFFA İran çempionatının qalibi olan "Traktor"u təbrik edib.


Rekord.az xəbər verir ki, bununla bağlı federasiyanın rəsmi sosial şəbəkə hesablarında paylaşım olunub.


Paylaşımda qeyd olunub: "Təbrizin "Traktor" klubunu tarixində ilk dəfə İran çempionu olması münasibətinə təbrik edirik!"


Qeyd edək ki, Cəubi Azərbaycan təmsilçisi mayın 2-də İran Pro Liqasının başa çatmasına 2 tur qalmış tarixində ilk dəfə  çempionluğunu təmin edib. Bundan sonra Azərbaycanın bir çox klubu da Təbriz təmsilçisini təbrik edib.