AZ

K.Ambarsum: - “Rusiya bizim dəhşətli sonumuzu gətirəcək”


Ermənilər30-35 il öncə Rusiyanın hər tərəfli dəstəyilə bir-birinin ardınca Azərbaycan ərazilərini işğal edən, əhalisini isə ata-baba yurdundan silah gücünə dərbədər etməkdəona yardımçı olan bir dövlətdən bu gün dəhşətli dərəcədə qorxmağa başlayıb.Görəsən niyə?..

ArmenianReport nəşrinin analitiki K.Ambartsum qələmə aldığı “Tarixi seçimin vaxtıdır: boş dayanmağa vaxt yoxdur, hərəkətə keç!” başlıqlı məqaləsində bir sıra məqamlara aydınlıq gətirir:
Ermənistanın gələcək xarici siyasət seçimlərinin necə olacağı ilə bağlı müzakirələrə son qoyulmalıdır. Xeyr, hər birimizin fərqli fikirləri ola bilər. Söz azadlığı isə dövlətin uğurlu inkişafı üçün əsas olan mühüm dəyərdir. Ancaq bu mövzuda müzakirə ehtiyacını inkar edən bir çox məqamlar var. Rusiya və Belarusla birlikdə Ermənistanın xoşbəxt gələcəyi yoxdur və ola da bilməz. Mən bu bəyanatın təzə,qatı açılmamışsübutlarını təqdim edəcəyəm.
Bu yerdə erməni müəllifinin bəzifikirlərini həqiqət naminə tərsinə oxumaq məcburiyyətində olacağıq.Müəllif davam edir:-“Rusiyanın Azərbaycandakı səfiri Mixail Evdokimov Bakı mətbuatına bildirib ki, Rusiya şirkətləri Qarabağın bərpasında iştirak etməyə fəal maraq göstərirlər. SəfirAzərbaycanın işğal etdiyi,daha doğrusu,azad etdiyi qondarma “Artsax” ərazilərindəki qanunsuz əməllərinə belə istinad edir:- "Mən Xankəndində sülhməramlıların iştirakı ilə orada idim, şəhərin azad ediləndən sonra həm köhnə, həm də artıq bərpa olunmuş hissəsini gördüm. Hadisə yerinə ilk olaraq bizim KAMAZ gəldi. Həştərxan vilayəti Qarabağda uşaq bağçası tikir, yayda bu bağça azərbaycanlı uşaqlara təhvilveriləcək", - deyə rusiyalı diplomat qeyd edib. Erməni müəllif bu yerdə yana-yana qeyd edir ki,gördüyümüz kimi, rusiyalı səfir bir-birinin ardınca təxribatçı konstruksiyalar yaradır. Evdokimovun sözlərinə görə, artıq 24 Rusiya şirkəti regionda bərpa layihələrində iştirak etməkdə maraqlı olduğunu bildirib.Hələ bu harasıdır Rusiya səfiri sözlərinə əlavə edir:- "Qarabağ məni sadəcə heyrətləndirdi. Xüsusilə Laçının heyrətamiz təbiəti. "Bura, həqiqətən də çox gözəl rayondur".Bu yerdə artıq gedən qatarın dalınca mızıldanan erməni müəllif donquldanır və faktları təhrif etməyə başlayır:-“Bəli, “Artsax” gözəldir. Amma orada "Xankəndi" və ya "Laçın" yoxdur. Azərbaycanın işğal etdiyi Stepanakert və Berdzor var. Etnik təmizləmə aparıldıqdan sonra rus şirkətlərinin bu erməni torpaqlarına soxulmaları isə hamımıza özünü Ermənistanın “strateji müttəfiqi” adlandıran dövlətin mahiyyətini bir daha xatırladır”. Daha sonra erməni müəllif dünənədək öydükləri,güvəndikəri Rusiyanı yamanlamağa başlayır:-“Digər tərəfdən, Rusiyanın özü işğalçı ölkədir. Onun Ukraynada etdikləri onu Hitler Almaniyası ilə eyni tərəziyə qoyur. Hitlerin nüvə silahı olsaydı, Tramp Putini nəzərə almağa məcbur olduğu kimi, ABŞ da Hitlerinəzərə alardı. Hitler də, Putin də öz planları naminə bütün planeti məhv etməyə hazır idilər. Hansı ki,Putin hələ də aktiv şəkildə nüvə şantajı ilə məşğuldur. Biz isə belə dövlətlə hələ də eyni ittifaqdayıq?!” –deyə erməni müəllif soruşur.
Erməni müəllif təəssüflə qeyd edir ki,bütün bunlara rəğmən,bizhələ də Aİİ və Gİ-nin üzvləriyik, biz hələ də hüquqi cəhətdən KTMT-dən çıxmamışıq, Rusiya hərbi bazasının da Gümrüdən çıxarılmasına hələ nail olmamışıq. Hansı ki,bütün bunlar demokratik dövlətlər ailəsində yer almaq üçün çoxdan atılmalı olan addımlardır. Bəli, bunu söyləmək etməkdən daha asandır. Amma bu qərarların təxirə salınması daha böyük problemlər və təhlükələr yaradır. Burada dəhşətli son, sonsuz dəhşətdən yaxşıdır. Rusiya bizim dəhşətli sonumuzu gətirəcək. Yəni burada müzakirəyəvə mübahisəyə yer yoxdur. Üstəlik,biz Putinin elçilərinin bir-birinin ardınca Bakıya gəlməsini görürük. Kimlərin ora getdiyini görürük - Rusiya Federasiyası Federasiya Şurasının sədri Valentina Matvienkonu, Moskva və Bütün Rusiyanın Patriarxı Kirilli.... Azərbaycanı “münbit ölkə” adlandıran Bütün Rusiyanın Patriarxı Putinin Qələbə Paradına gəlmək xahişini şəxsən İlham Əliyevə çatdırdı.Putin Azərbaycan Prezidentinə məktubunda yazır:- “O çətin illərdə formalaşmış şanlı dostluq və qarşılıqlı yardım ənənələri bundan sonra da Rusiya ilə Azərbaycan arasında dostluq, müttəfiqlik münasibətlərinin inkişafı üçün etibarlı baza rolunu oynayacaq”. Bu yerdə erməni müəllif odsuz-ocaqsız yanır:- “Rusiyanın Ermənistanla düşmənçiliyi ilə bağlı bizə başqa hansısa sübutlar lazımdır?! Yeri gəlmişkən, təkcə Rusiya deyil. Belarusun baş naziri Aleksandr Turçin də Bakıya gəlib. O,da Rusiyanın Bakıdakı səfiri kimi, gördüklərindən sevincini ifadə etmək üçün işğal olunmuş,daha doğrusu azad olunmuş qondarma“Artsaxa”, daha doğrusu Azərbaycan torpağı cənnətməkan Qarabağa səfər etməyi planlaşdırır”. Erməni müəllifdodaqları əsə-əsə vurğulayır ki,bu arada Turçin bu məsələ ilə bağlı mühüm ilkin məlumatlar əldə etmək üçün azərbaycanlı həmkarı Əli Əsədovla da görüşüb. İrəvanla Minsk arasındakı münasibətlərin indiki vəziyyəti isəxatırlamağa belə ehtiyac yoxdur. Diktator Lukaşenko isə bütün mümkün “qırmızı xətləri” çoxdan keçib.
Sonda bir məqamı qeyd etməmək olmur. Görəsən Rusiya ötən əsrin 90-cı illərində olduğu kimi,bu gün də işğalçı Ermənistanı dəstələsəydi müəllif Putini və ya Lukaşenkonu diktator adlandırardımı?

Surxay Əliyev

Seçilən
0
baki-xeber.com

1Mənbələr