AZ

Millimizin Avropa Qızıl Liqasına hazırlıqlarına start verilib

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa Qızıl Liqasına hazırlıqlarına start verilib.

Apasport.az xəbər verir ki, bu məqsədlə baş məşqçi Faiq Qarayevin rəhbərliyi ilə voleybolçularla iclas keçirilib.

GİN-in Voleybol Mərkəzində bu gün baş tutan görüşdə hazırda ölkədə olan milli üzvləri, gənc voleybolçular, məşqçilər korpusu, federasiya nümayəndələri iştirak ediblər.

Millimizin baş məşqçisi Faiq Qarayev hər kəsi salamlayıb, Avropa Qızıl Liqasında komandamıza uğurlar arzulayıb. O, bu gündən məşqlərə start verildiyini bildirib və yarışa hazırlıq prosesi haqqında ətraflı məlumat verib. F.Qarayev komandamızın bir neçə gün Bakıda məşq edəcəyini, sonra isə təlim-məşq toplanışına yollanacağını deyib.

Daha sonra millimizin oyunçuları Katerina Jidkova və Aynur İmanova çıxış ediblər. Voleybolçularımız yarışda yüksək səviyyədə çıxış etmək üçün əllərindən gələni edəcəklərini bildiriblər və hər kəsə uğurlar arzulayıblar.

Qeyd edək ki, yığmamızın yekun heyətilə bağlı yaxın günlərdə məlumat veriləcək.

Millimiz İspaniya ilə qarşılaşacaq

“Azərreyl” ölkə çempionu oldu

CEV prezidenti millimizin üzvləri ilə görüşüb

“Murov Az Terminal” “Azərreyl”ə qarşı

Yüksək Liqa: "Azərreyl" çempion

Seçilən
0
4
apasport.az

8Mənbələr