AZ

Ərdoğan Trampla danışdı, Türkiyəyə dəvət etdi

ABŞ Prezidenti Donald Trampla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.

Sitat.info xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Telefon danışığında Ərdoğan ölkəsinin ABŞ-la birgə bir çox sahədə, xüsusilə müdafiə sənayesi sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün addımlar atmağa davam edəcəyini deyib.

Bundan əlavə, Ərdoğan Trampın Ukraynada müharibəyə son qoymaqla bağlı mövqeyini dəstəklədiyini, İranla danışıqlar prosesini yüksək qiymətləndirdiyini vurğulayıb. Liderlər Qəzza və Suriya ilə bağlı da müzakirələr aparıblar.

Ərdoğan Trampı Türkiyəyə rəsmi səfərə dəvət edib.

Seçilən
0
3
sitat.info

4Mənbələr