Idman.biz saytına istinadən ain.az xəbər verir.
Mayın 5-də gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində qitə və dünya çempionatlarında, eləcə də nüfuzlu beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları və onların məşqçiləri ilə görüşüb.
İdman.biz xəbər verir ki, Azərbaycan İdman Akademiyasında təşkil edilən görüş Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb.
Ardınca çıxış edən nazir Fərid Qayıbov idmançılarımızın beynəlxalq arenada qazandıqları nailiyyətləri yüksək qiymətləndirib, onlara uğurlar arzulayıb.
Ağırlıqqaldırma, boks, batut gimnastikası, akrobatika gimnastikası, kişi idman gimnastikası, cüdo, sərbəst güləş, qadın güləşi, yunan-Roma güləşi, üzgüçülük, kanoe, sambo, savat assault, parataekvondo, ciu-citsu, kuraş, alış və qoreş idman növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər. Tədbirdə həmçinin idmançıların hazırlıq prosesində əməyi olan məşqçilər də çıxış edərək, idman növləri və komandaların uğurları haqqında danışıblar.
İdman.biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.