Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) Yəməndə 4,8 milyon insanın köçkün vəziyyətinə düşdüyünü və ailələrin təhlükəsizliyini təmin etmək üçün təcili dəstəyə ehtiyac olduğunu bildirib.UNHCR Yəməndəki vəziyyətlə bağlı X səhifəsində paylaşım edib."Yəməndə 4,8 milyon insan məcburi köçkün vəziyyətinə düşüb. Çoxları bir dəfədən çox qaçmağa məcbur olub", - yazıda deyilir.Təhlükəsiz sığınacaqlara çatmağın qeyri-mümkün olduğuna və evakuasiya riskinin artdığına diqqət çəkən yazıda yəmənli ailələrin təhlükəsizliyini təmin etmək üçün təcili dəstəyə ehtiyac olduğu vurğulanıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta