Bir dövrə damğasını vuran və milyonlarla insanın istifadə etdiyi mesajlaşma proqramı 22 ildən sonra bu gün rəsmi olaraq bağlanıb.
KONKRET.az Milli.Az-a istinadən xəbər verir ki, “Microsoft”un fevral ayında elan etdiyi qərar bir neçə saat ərzində reallaşıb.
Video zəng və mətn söhbəti dünyasında inqilab edən və xüsusilə 2010-cu illərin əvvəllərində aylıq 300 milyon aktiv istifadəçiyə çatan tətbiqin dövrü rəsmən başa çatıb.
“WhatsApp”, “Zoom” və “Discord” kimi proqramlarla əvəzlənən və istifadəçilərinin sayı xeyli azalan “Skype” indi tarixin tozlu səhifələrinə qovuşur.
2011-ci ildə “Skype”ı alan “Microsoft” satın alındıqdan sonra uzun illər onu dəstəkləməyə davam edib. Bununla belə, son vaxtlar enerji və investisiyalarını xüsusilə korporativ ünsiyyət vasitəsi olan “Microsoft” “Teams” platformasına yönəldib.
İstifadəçilər 2026-cı ilin yanvarına qədər heç bir tədbir görməsələr, onların bütün “Skype” söhbətləri və məlumatları həmişəlik silinəcək. İstifadəçilər məlumatlarının ehtiyat nüsxəsini endirməklə və ya “Microsoft Teams” pulsuz versiyasına keçə bilərlər.
Siz “Skype” hesab məlumatınızla “Microsoft Teams Free”ə daxil ola bilərsiniz və bütün kontaktlar və söhbətlər avtomatik olaraq həmin proqrama ötürülür.