Moskva əhalisinin yeni rəqəmi açıqlanıb
Moskva meri Sergey Sobyanin paytaxt əhalisinin artaraq 13,3 milyon nəfərə çatdığını açıqlayıb.O, bu barədə Rusiya prezidenti Vladimir Putinə Moskvanın 2024-cü ilin sonuna kimi inkişafı ilə bağlı hesabatı zamanı bildirib.Sobyaninin sözlərinə görə, bu, təbii artım hesabına baş verib. Eyni zamanda, şəhər meri paytaxtda “əlverişsiz demoqrafik tendensiyaların” qaldığını etiraf etdi.
"Moskva əlverişsiz demoqrafik tendensiyalara baxmayaraq, əhalinin təbii artımının qorunduğu ölkənin azsaylı regionlarından biri olaraq qalır. <...> 2025-ci il yanvarın 1-nə şəhərin əhalisi 13,3 milyon nəfər olub", - Sobyanin bildirib.
Bundan əlavə, Sobyanin Putinə Moskvanın sosial-iqtisadi inkişafının nəticələri barədə də məruzə edib.
aia.az
tərcümə şöbəsi