Azxeber.com portalından alınan məlumata görə, ain.az xəbər verir.
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas İranın xarici işlər naziri Abbas Əraqçi ilə nüvə proqramı məsələləri üzrə danışıqlar aparıb.
Bu barədə Kallas "X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"İranın xarici işlər naziri Abbas Əraqçi ilə danışaraq nüvə məsələləri və regionda gərginliyin azaldılması üzrə diplomatik səylərə Aİ-nin dəstəyini vurğulamaq istədim", - o bildirib.
K.Kallas, Tehranı Rusiyaya güman edilən hərbi dəstəyi dayandırmağa çağırıb, həmçinin İranda casusluq ittihamları ilə Aİ ölkələrinin vətəndaşlarının saxlanılması ilə bağlı narahatlığını ifadə edib.
O vurğulayıb ki, Aİ və İran arasında münasibətlərin inkişafı bu istiqamətlərdə irəliləyişdən asılıdır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.