Avtosfer saytına istinadən ain.az xəbər verir.
Abşeron rayonu, Məhəmmədli qəsəbəsi, Əjdər Məlikov küçəsində kobud qayda pozan sürücü iki dəfə qəza riski yaradıb.
\Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” adresinə videomaterial göndərib. Kadrdan da aydın şəkildə görünür ki, 77-XZ-010 dövlət nömrə nişanlı “Lexus” markalı avtomobilin sürücüsü hərəkətdə olduğu zolaqdan qəfil sağa keçib. Bu vaxt o, həmin zolaqdakı sürücünün - izləyicinin yolunu kəsərək ona qəza şəraiti yaradıb. Ardınca sağa dönən sürücü piyadanı vurmaqdan son anda xilas olub. İzləyicinin sözlərinə görə, təhlükəylə üzləşən piyada ona etirazını bildirsə də, sürücü heç nə olmamış kimi yoluna davam edib.
Nərmin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.