AZ

“Maraqlıdı, “Turan Tovuz”da zədələnən futbolçuların sağalıb geri dönməsi mümkünsüz prosesə çevrilib” – sabiq vitse-prezident

“Turan Tovuz” Misli premyer-liqasınən 33-cü turunda “Zirə”yə minimal hesabla məğlub oldu.

Kurban Berdıyev də “Zirə” ilə oyundan sonra keçirlən mətbuat konfransında etiraf etdi ki, belə oyunla avrokuboklara yollanmaq mümkün deyil, kubokun finalında “Qarabağ”a azarkeşlik etməkdən başqa yolumuz yoxdu. “Turan Tovuz” ətrafında nə baş verir, niyə komanda 3-cu yer uğrunda mübarizədə silahı belə erkən yerə qoydu? Bu sualları “Turan Tovuz”un sabiq vitse-prezidenti Yaşar Sultanova ünvanladıq:
“Maraqlıdı, “Turan Tovuz”da zədələnən futbolçuların sağalıb geri dönməsi mümkünsüz, sirli bir prosesə çevrilib. Zədə alan futbolçu geri qayıtmır. Bu barədə komandanın həkimlərinin də bir açıqlama vermələrini arzulayardım. Çempionatın əvvəlindəki heyyətlə müqayisədə bu gün görünür ki, komanda bütövlükdə müdafiə xəttini itirib, hər oyun üçün heyətin formalaşması müşkül bir məsələyə çevrilib. Eyni zamanda hücum xəttinin də zəif olması, xüsusilə Otto Conun gedişindən sonra layiqli əvəzedicinin tapılmaması da tənəzzülə səbəb oldu. Mövsümün sonunda komandanın yenidən formalaşması gözlənilir. Ümidvaram ki, növbəti mövsümdən tovuzlu azarkeşlər daha mübariz komanda görəcəklər”.

ƏSƏD SEYİDOV
Seçilən
0
1
football-plus.az

2Mənbələr