May ayında Avrozonada investorların inam indeksi aprellə müqayisədə 11,4 bənd artaraq mənfi 8,1 olub.
SİA xəbər verir ki, halbuki bazar proqnozları indeksin mənfi 14,9 səviyyəsində olacağı istiqamətində idi.
İnvestorların qarşıdakı 6 ay üzrə proqnozlarına yer verilən gözləntilər indeksi də mənfi 15,8-dən mənfi 3,8-ə yüksəlib. Cari vəziyyət indeksi isə mənfi 23,3-dən mənfi 19,3-ə qədər artaraq 2024-cü ilin avqustundan bəri ən yüksək səviyyəyə çatıb.
Analitiklərin fikrincə, inam indeksinin artan istiqamətli dəyişməsinə səbəb ABŞ-ın tarif siyasəti fonunda bazarlardakı qeyri-müəyyən vəziyyətin may ayında bir qədər azalmasıdır.