AZ

Rusiyadan deportasiya edilən deputat Azər Badamov kimdir?



Xəbər verdiyimiz kimi, Rusiya tərəfinin dəvəti və Abşeron RİH-in təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün Rusiyanın Həştərxan vilayətinə səfərə yollanan deputat Azər Badamov Moskvada hava limanında saxlanılıb və ona Həştərxan reysinə minməyə icazə verilməyib.

A.Badamova ölkəyə girişinə qadağa qoyulduğu bildirilib. Bu addıma hər hansı izahat verilməsə də, onun fəaliyyətinə görə Rusiyaya girişinə qadağa qoyulduğu ehtimal edilir. Azər Badamov ölkəyə geri qayıdıb.

AZXEBER.COM mövzunun aktuallığını nəzərə alaraq deputatın tərcümeyi-halını təqdim edir:

Azər Badamov 18 avqust 1968-ci ildə Qusar rayonu Düztahir kəndində anadan olub. 1985-ci ildə Bakı şəhəri 5 saylı kimya təmayüllü orta məktəbini bitirdikdən sonra D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olub. İki il ordu sıralarında xidmət edib, 1992-ci ildə Azərbaycan Texnologiya İnstitutunu bitirib. 1988–2009-cu illər ərzində "Azərittifaq"ın tikinti briqadasında fəhlə, şəhər mərkəzi xəstəxanasında mühasib-müfəttiş, DSMF rayon şöbəsində birinci dərəcəli müfəttiş, "Şahdağ" firmasında iqtisadçı vəzifələrində işləyib.

Azər Badamov sahibkarlıq fəaliyyətilə də məşğul olub. Həmçinin, 2009–2010-cu illərdə Qusar Rayon Telekommunikasiya Qovşağının rəisi vəzifəsində işləyib. Azər Badamov Milli Məclisinin IV, V və VI çağırış deputatıdır. 2010, 2015, 2020-ci illərdə parlament seçkilərində 51 saylı Qusar Seçki Dairəsindən millət vəkili seçilib. İctimai birliklər və dini qurumlar komitəsi və Aqrar siyasət komitəsinin tərkibindədir. Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib. 2024-cü il oktyabrın 8-də Azərbaycan - Çili parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.

Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Federal Məclisinin ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyanın üzvüdür.

Evlidir, 2 övladı var.



Seçilən
0
aia.az

1Mənbələr