AZ

Badamovun deportu: Putin ikibaşlı oyun aparır...

Deputat Azər Badamovun Moskvadan deportasiyaedilməsi təkcə deputata və Azərbaycan dövlətinə qarşı yox, həm də Heydər Əliyevin Həştərxanda anım tədbirlərinə qarşı törədilmiş təxribatdır...

Zəmanət vermək mümkünsüzdür ki, bu təxribatın arxasında duranların hədəfi həm də Heydər Əliyevin anım tədbirlərini pozmaq və ya onun mötəbərliyinə kölgə salmaq deyilmiş...

Fakt göstərir ki, ya Putin Kreml hakimiyyətinin bütövlüyü üzərində əvvəlki şəriksiz nəzarətini itirib, ya da Putin Azərbaycanla münasibıtlərdə ikibaşlı oyun aparır....

Əks halda necə başa düşək ki, bir tərəfdən prezident İlham Əliyevə faşizmüzərindəQələbənin 80 illiyi ilə bağlı təbrik məktubu yazır, ardınca münasibətləri yumşaltmaq üçün patriarx Kirili Azərbaycan prezidenti və birinci vitse- prezidentləgörüşə göndərir, sonradərhal isə deputat Azər Badamovu Moskvadan deportasiya e( t) dir...

Əslində faşizm üzərində qələbənin 80 illiyi ilə bağlı Putinin hörmətli İlham Əliyevə xüsusi təbrik məktubu yazmasını özüdə qəribə səslənir.

Qələbənin 70 illiyində, 60 illiyində belə məktub xatırladığımız qədər yazılmamışdı. İndi nə əcəb yazılır?

Putin bu jesti niyə edib?

Hər iki ölkənin- Azərbaycanın və Rusiyanın faşizm üzərində qələbədə özlərinəməxsus paylarının olduğu kontekstində yazılıbsa, burada İlham Əliyevin də Putinə təbrik məktubu yazmaq hüququ var,ancaq Azərbaycan prezidenti bunu etmədi.

Düzgün olaraq etmədi.Çünki SSRİ adlı dövlət artıq mövcud olmadığı üçün "Böyük Vətən Müharibəsi" termini öz aktuallığını avtomatik olaraq itirib və real tarixşünaslıq baxımından gündəmə yeni "İkinci Dünya müharibəsi" terminiçıxıb. Bundan başqa, bilmirik ki, Putin belə təbrik məktublarını MDB üzvləri olan digər dövlətlərin başçılarına da yazıb ,ya yox?!.

Bütün bu məntiqi mülahizələr onu göstərir ki, Putininİlham Əliyevə yazdığı 80 illik təbrik məktubusadəcə bir jestdirvə jestin məqsədi Azərbaycan prezidentinəyaxşınlaşmaqdır. Belə yaxınlaşmaq olar?.

Ölkənin prezidentinə o qədər də məqbul olmayan məsələ ilə bağlı təbrik məktubu yazır, ardınca isə deputatı deportasiya etdirir ,bunlar bir araya sığmır...

Aydın Quliyev

Xəbər 3 dəfə oxunub.
Seçilən
0
1
xezernews.az

2Mənbələr