İsrail mediası xəbər verir ki, İsrail təhlükəsizlik kabineti Qəzzanın işğalını genişləndirmək məqsədi daşıyan hücum planını təsdiqləyib.
Turkustan.az xəbər verir ki, məlumata görə, İsrail təhlükəsizlik kabineti Qəzza zolağının işğalını da genişləndirməyi hədəfləyən hücum planını təsdiqləyib.
Yerli media təhlükəsizlik kabinetinin İsrail ordusunun Qəzzaya hücumun növbəti mərhələsi üçün təqdim etdiyi planı müzakirə etdiyini bildirib.
Anonim yüksək vəzifəli məmur bildirib ki, təhlükəsizlik kabineti Qəzzaya hücumları genişləndirməyi hədəfləyən planı yekdilliklə təsdiqləyib.
Bildirilib ki, planın birinci mərhələsi Qəzzada daha çox ərazinin işğalı və “bufer zonalar”ın genişləndirilməsini əhatə edir.
Qeyd edilib ki, quru hücumları ilə ələ keçirilən əvvəlki bölgələrdən fərqli olaraq, İsrail əsgərləri hücumlar bitdikdən sonra geri çəkilməyəcək və bu əraziləri işğal etməyə davam edəcəklər.
Aytən Yaşar/ Turkustan.az