Hesab edirəm ki, Robert Koçaryan Ermənistan Respublikasında Rusiyanın casusu statusuna malik bir şəxsdir.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.
“Bu, mənim fikrimdir, mən siyasi xadiməm və siyasi bəyanatlar vermək hüququm var”, – Alen Simonyan vurğulayıb.
O qeyd edib ki, Ermənistanın sabiq prezidenti Robert Koçaryan Rusiyanın maraqlarına xidmət edən və bu istiqamətdə xidmətlər göstərən bir siyasətçidir.