Yarımmüdafiəçi Moises Kaysedo "Çelsi"də mövsümün ən yaxşı oyunçusu seçilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Cari mövsümdə ekvadorlu London klubunun heyətində 41 oyun keçirib, 1 qol vurub və 5 məhsuldar ötürmə edib.