2024-cü ildə Bakının ümumtəhsil müəssisələrini 28203 şagird bitirib və onların 28115 nəfəri buraxılış imtahanında iştirak edib.
Modern.az-ın Dövlət İmtahan Mərkəzindən əldə etdiyi məlumata görə, məzunlarının 3073 nəfəri 500-dən, o cümlədən 964 nəfəri 600-dən yuxarı bal toplayıb.
Məlumata görə, məzunların 8.24%-i (1798 nəfər) 0-100 intervalında, 23.82%-i (5197 nəfər) 100-200 intervalında, 21.83%-i (4763 nəfər) 200-300 intervalında, 32.03%-i (6988 nəfər) 300-500 intervalında, 14.08%-i (3073 nəfər) 500-dən yuxarı bal toplayıb.
Beləliklə, şəhərin abituriyentlərinin yalnız 46.11%-i 300-dən yuxarı bal toplayıb