Mayın 6-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Bu barədə Ekologiya.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Naxçıvan MR, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Daşkəsən, Gədəbəy, Samux, Gəncə, Göygöl, Naftalan, Goranboy, Yevlax, Bərdə, Tərtər, Mingəçevir, Xaçmaz, Şabran, Xızı, Siyəzən, Quba, Qusar, Laçın, Kəlbəcər, Füzuli, Zəngilan və Cəbrayılda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.