AZ

Fizika İnstitutunda Çin şirkətləri ilə əməkdaşlığa dair görüş keçirilib

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 5 may, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda Çin Xalq Respublikasının CHINT Global PTE LTD şirkətinin Şərqi Avropa üzrə satış meneceri Qu Dongxu və CHINT Electrıcal MMC-nin Qafqaz regionu üzrə kommersiya direktoru Namiq Göyüşov qonaq olub.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Görüş zamanı tərəflər arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Sənədi Fizika İnstitutunun baş direktoru akademik Arif Həşimov, Qu Dongxu və Namiq Göyüşov imzalayıblar.

Anlaşma memorandumu elektrik enerjisi, yaşıl enerji və alternativ enerji sahələrində əməkdaşlığı əhatə edir.

Görüşdə, həmçinin qarşılıqlı fəaliyyətə dair bir sıra digər məsələlər müzakirə olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
icma.az

2Mənbələr