“Lokomotiv”in və Gürcüstan millisinin sabiq hücumçusu Mixail Aşvetiya 2003-cü ildə Çempionlar Liqasının təsnifat mərhələsində “Şaxtyor” üzərində qələbə ilə bağlı xatirələrini bölüşüb.
Publika.az xəbər verir ki, həmin görüşdə Mixail dubl edib.
– Onda layiqli bonuslar verirdilər, amma rəqəmləri xatırlamıram. Bilirəm ki, hesab 2:0 olanda fasilədə klubun prezidenti Axmetov “Şaxtyor”un paltardəyişmə otağına girərək deyib: “Mərhələni adlasanız, hər birinizə 100 min dollar verəcəm”. O vaxt bu, çox pul idi. Rusiya və Ukrayna həmişə qarşıdurmada olublar! İkinci hissədə onlar bir qol vurdular. Amma İqnaşeviç sona yaxın penaltidən fərqləndi və növbəti mərhələyə “Loko” adladı.
– Rəqibin paltardəyişmə otağından belə təfərrüatları haradan alırdınız?