AZ

Rumıniya mediası: Aİ və Azərbaycan tərəfdaşlığı gücləndirir

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Buxarest, 5 may, AZƏRTAC

Rumıniyanın nüfuzlu “Cursul de Guvernare” (“Hakimiyyət Kursu”) analitik nəşrində Vladimir Yoneskunun yazdığı məqalədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Bakıya səfəri Aİ–Azərbaycan münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Müəllif diqqətə çatdırır ki, rəsmi Bakı və Brüssel arasında uzun müddət davam edən fikir ayrılıqları fonunda baş tutan bu səfər Avropa mediası tərəfindən “əlamətdar hadisə” kimi qiymətləndirilir.

Bildirilir ki, K.Kallas aprelin 25-də Prezident İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və digər yüksək səviyyəli rəsmilərlə görüşüb. Görüşlər zamanı Azərbaycan ilə Aİ arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək tədbirlər, o cümlədən yüksək səviyyəli səfərlər və qarşılıqlı faydalı təşəbbüslər barədə fikir mübadiləsi aparılıb, həmçinin Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi üzrə danışıqların mövcud reallıqlar nəzərə alınmaqla, davam etdirilməsinin önəmi vurğulanıb.

Qeyd olunub ki, aparılan müzakirələrdə enerji sahəsində əməkdaşlıq və Avropanın təbii qazla təchizatı məsələləri də xüsusi yer tutub. K.Kallas Bakıda keçirdiyi görüşlərdə Cənub Qaz Dəhlizini “təkcə enerji infrastrukturu deyil, tərəfdaşlığın rəmzi” adlandırıb. Müşahidəçilər hesab edirlər ki, bu bəyanatlar və ikitərəfli təmaslar Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun daha da güclənəcəyinə işarədir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
2
icma.az

3Mənbələr