AZ

Moskva yaşayış binasında baş verən partlayış can aldı - VİDEO

Moskva

Qeyd etdiyimiz kimi, Moskvanın cənub-qərbində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş güclü partlayış və sonrakı yanğın nəticəsində insan tələfatı qeydə alınıb. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.Hadisə 4 may saat 23:58-də baş verib. Partlayış nəticəsində başlayan yanğın 100 kvadratmetr əraziyə yayılıb. Partlayış və alov nəticəsində binanın təqribən 60 kvadratmetrlik hissəsində çökmə olub.Yanğınsöndürənlər açıq alovu nəzarətə almağa nail olublar. Eyni zamanda binanın bütün 15 blokundan sakinlər təxliyə edilib.Yanğın nəticəsində 3 nəfər həyatını itirib. Bu barədə SHOT məlumat yayıb.Rusiya Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, hadisəyə binanın yuxarı mərtəbəsindəki mənzildə baş vermiş güclü partlayış səbəb olub. Partlayışdan sonra başlayan yanğın qısa zamanda geniş əraziyə yayılıb. Hadisə nəticəsində ümumilikdə 6 nəfər xəsarət alıb.✍️"Ulusum".az

Diqqət Çəkənlər

Azərbaycan və Əfqanıstan arasında ətraf mühit üzrə əməkdaşlıq görüşü

Xalq artisti Fuad Poladovun anım günüdür - FOTO

Selçuk Bayraktar: “TEKNOFEST bir millətin oyanış hekayəsidir"

Seçilən
0
ulusum.az

1Mənbələr