AZ

İclaslar Bakıda və İrəvanda keçirilməlidir Səfir

Olke.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“3+3” regional məşvərət platformasının növbəti iclasları Bakıda və İrəvanda keçirilməlidir. Bunu tərəflər özləri razılaşdırdıqları prioritet qaydada müəyyən etməlidirlər. 

Ölkə.az xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin “168.am”a müsahibəsində deyib.

"Rusiya dəfələrlə vurğulayıb ki, Cənubi Qafqazın taleyini region ölkələri və onların qonşuları müəyyən etməlidir. Sabitlik və rifahın açarı inklüziv dialoq, qarşılıqlı məqbul həll yollarının axtarışı və regionun xarici geosiyasi ssenarilərə cəlb olunmasına qarşı mübarizədir", - Kopırkin bildirib.

O qeyd edib ki, Moskva “3+3” formatının yaradılmasına fəal dəstək verib. Gürcüstan hələlik görüşlərdə iştirak etmir, lakin səfirin sözlərinə görə, bütün iştirakçılara aydındır ki, Tbilisiyə qapı açıq qalır. 

Xatırladaq ki, “3+3” platformasının sonuncu iclası 2024-cü ilin oktyabrında İstanbulda keçirilib.

Mürtəza

Ölkə.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
icma.az

2Mənbələr