AZ

Vətəndaşların DİQQƏTİNƏ: Şəxsiyyət vəsiqənizi bu yerlərdə təqdim etməyin! Məlumatlarınızdan istifadə edərək...

Şəxsiyyət vəsiqəsi, burada yerləşən FİN kod, seriya nömrəsi və s. məlumatlar vətəndaşın məxfi məlumatları hesab olunur. Bu informasiyaların digər şəxslər tərəfindən ələ keçirilməsi isə şəxsin bir sıra hesablarının və s. məlumatların təhlükədə olmasından xəbər verir.


Bildiyiniz kimi, bir çox müəssisələrdə prosedurlar zamanı şəxsiyyətin təsdiqi üçün şəxsiyyəti təsdiq edən sənəd tələb olunur.


Bəs burada olan şəxsi məlumatlarımızı necə qoruya bilərik?


Hüquqşünas Ramil Süleymanov “Referans”-a açıqlamasında bu sualı cavablandırıb.




“ “Şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının qanununa görə, Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsidir. Qeyd edim ki, hər hansı bir yerdə, hansısa əməliyyatın həyata keçirilməsi üçün mütləq şəkildə şəxsin özü olmalıdır. Şəxsin özü olmadıqda isə onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsinin olması tələb olunur. Hər hansı bir şəxsin ona məxsus olan şəxsiyyət vəsiqəsində olan məlumatları əzbər formada söyləməsi həmin şəxsin şəxsiyyətinin eyniləşdirilməsi anlamına gəlmir. Ona görə də fiziki olaraq vəsiqənin özü tələb olunur”.


Hüquqşünas bildirib ki, texnologiyanın inkişafı ilə artıq vəsiqənin elektron forması da bu cür prosedurlar üçün istifadə oluna bilər.


 “Bir sıra dövlət qurumlarında isə “mygov” platforması vasitəsilə şəxsiyyət vəsiqəsinin elektron daşıyıcı formasında smartfonlarda və ya qadjetlərdə olmasını da qanunvericilik tənzimləyir və bildirir ki, telefonlarda vəsiqə məlumatlarının, ümumiyyətlə, vəsiqənin QR kod vasitəsilə təqdim olunması həmin şəxsiyyət vəsiqəsinin özünə bərabərdir. Nəticə etibarı ilə şəxsin eyniləşdirilməsinin aparılması üçün əsasdır”.


Ramil Süleymanov qeyd edib ki, vəsiqə məlumatlarının ələ keçirilməsi, əlbəttə ki, dələduzluğun həyata keçirilməsi ilə müşayiət oluna bilər. Bu isə artıq qarşı tərəfin, yəni məlumatları alıb emal prosesini həyata keçirən şəxsin məsuliyyətinə aiddir.

 

Fidan Vəlisoy 

Seçilən
0
referans.az

1Mənbələr