...Sanksiyalara baxmayaraq, Rusiya iqtisadiyyatı artım nümayiş etdirdi. Belə ki, 2024-cü ildə ÜDM 4,3 faiz artdı. Bununla belə, ekspertlər ləngiməni də proqnozlaşdırırlar: 2025-ci ildə 2 faizə, 2026-cı ildə 0,8 faiz ə qədər...
SİA-nın məlumatına görə, bunu Deutsche Welle yazırYüksək əsas dərəcə (21 faiz) özəl investisiyaları boğur və əsas sənayelər - avtomobil sənayesi, tikinti və metallurgiya - hücuma məruz qalır.Bu arada rubl ilin əvvəlindən 40 faiz möhkəmlənib.
...Qeyd edək ki, ekspertlər bunu ABŞ prezidenti Donald Trampın Kremlə daha yumşaq münasibəti ilə əlaqələndirirlər. Bununla belə, “eyforiya” tez bir zamanda yox ola bilər: ABŞ noyabrda “Qazprombank”a qarşı sanksiyaları sərtləşdirdikdən sonra rubl 25 faiz ucuzlaşıb və birja isə çökdü.
İndi Tramp Rusiya ilə ticarət edən ölkələri ikinci dərəcəli sanksiyalarla hədələyir.
Senator Lindsi Qrem Rusiyadan neft və qaz almağa davam edən Çin, Hindistan və Türkiyəyə qarşı qanun layihəsi hazırlayır.
...Biz 60-a yaxın senatordan ibarət qrupla Rusiyadan enerji idxal edən istənilən ölkəyə sanksiyaları genişləndirəcək qanun layihəsi hazırlamaq üzərində işləyirik.
Bunu Lindsi Qrem deyib.
“Reuters”in məlumatına görə, Rusiya bankları sanksiyalardan yan keçmək üçün artıq “Çin marşrutu” adlı kölgə ödəniş kanalı yaradıblar.
Lakin tezliklə Qərb də buna zərbə vura bilər. Məsələ Rusiyanın əsas tərəfdaşlarının, xüsusən də Çinin bu oyunu davam etdirmək riski ilə bağlı olub-olmamasıdır.
Əli Babayev