AZ

“Mühit” Ekoloji Mühafizə İctimai Birliyi yeni layihənin icrasına başlayır » AzadMedia.az


“Mühit” Ekoloji Mühafizə İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarının Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi COP 29.Yaşıl gələcək naminə meşələri qoruyaq layihəsi may ayından etibarən fəaliyyətə başlayacaq.

Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, layihənin məqsədi ölkəmizdə keçirilən və bütün dünyanın diqqətini cəlb edən COP 29-un qənarlarına uyğun olaraq yaşıl dünyanın təmin edilməsi üçün meşələrin qorunması, onlardan səmərəli istifadə edilməsi ilə bərabər meşə zolaqlarının həyat əhəmiyyəti, təbii sərvətlərimiz olan meşələrin salınması və qanunsuz istismar olunmasının qarşısını almaq üçün meşə ətrafı regionlarda yaşayan əhalinin maarifləndirilməsidir. Bu məqsədlə birlik üzvülərimiz ilkin olaraq may ayının 16-da Bakı şəhərində Azərbaycan Turizm və Menencment Universitetində Turizm ixtisası üzrə təhsil alan tələbələrlə“Eko turizm və meşələr” mövzusunda görüş keçirəcək. Tədbirdə COP 29-un gündəliyinə daxil olan turizm məsələləri müzakirə olunmaqla meşələrin qorunmasında turistlərin rolunun artırılmasına diqqət yetiriləcək. Ekoloji turizm, təbiətə minimum təsir, ölkəmizin təbiəti, təbii ekoloji sistemi və bioloji müxtəlifliyi ilə bağlı söhbət aparılacaq. May ayının 29-u birliyimizin mütəxəsissləri Lerik, 10 iyun 2025-ci il tarixdə Siyəzən, 26 iyun 2025-ci il tarixdə Quba, 16 iyul 2025-ci il tarixdə Hacıqabul rayonunda olacaqlar.Beləliklə ucqar regionlarda yaşayan əhali ilə görüşlər təşkil olunacaq. 20 nəfər tədbirlə sıx təmasda olan insanlar COP 29-la bağlı məlumat əldə edəcəklər. Ictimai fəal şəxslər, müəllimlər,ovçular, bələdiyyə üzvləri və yuxarı sinif şagirdləri arasında məlumatlandırma tədbiri həyata keçiriləcək. Meşələrin iqlim dəyişmələrində yeri və rolu, flora və faunanın qorunmasının vacibliyi,meşələrin qırılma hallarının yol verilməzliyi və qanunsuz ov edilməsi, meşə məhsullarından istifadə zamanı ekoloji cinayətlər, tədbir iştirakçılarının diqqətinə çatdırılacaq.

Görüşdə qonaq qismində iştirak edən Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar və Daxili İşlər Nazirliyinin əməkdaşları meşələrin qorunması ilə bağlı çıxışlar edəcək, qanunvericilikdə tətbiq olunan cəzalar haqqında məlumat verəcəklər. Sonda hər rayonda iki kəndin meşə olan ərazisində 2 ədəd lövhələr bərkidiləcək
Seçilən
0
3
azadmedia.az

4Mənbələr