AZ

Robert Levandovski “İnter”lə cavab matçında oynaya biləcək

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 5 may, AZƏRTAC

İspaniyanın “Barselona” komandasının futbolçusu Robert Levandovski Çempionlar Liqasının yarımfinal mərhələsinin "İnter"lə cavab matçında oynaya biləcək.

AZƏRTAC xəbər verir ki, aprelin 19-da ölkə çempionatında “Selta” ilə keçirilən oyunda sıradan çıxan polşalı hücumçunun zədəsi ciddi deyil. O, Milanda təşkil olunacaq görüşdə komandasına kömək edə biləcək.

İlk matç 3:3 hesablı heç-heçə ilə yekunlaşıb. Cavab qarşılaşması mayın 6-da keçiriləcək.

Qeyd edək ki, bu mövsüm Robert Levandovski Kataloniya təmsilçisinin heyətində 48 oyunda 40 qolla yadda qalıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
2
icma.az

3Mənbələr