BAKI, 5 may. TELEQRAF
Almaniyanın "Köln" klubu baş məşqçi Gerhard Ştruber və idman direktoru Kristian Kellerlə yollarını ayırıb.
Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, cari mövsümün sonuna qədər idman direktoru vəzifəsini Tomas Kessler, baş məşqçi postunu isə Fridhelm Funkel icra edəcək.
"Köln" II Bundesliqada mayın 3-də sonuncu pillədə qərarlaşan "Yan Regensburq"la görüşdə (1:1) xal itirib. Çempionatın başa çatmasına iki tur qalıb.
Qeyd edək ki, "Köln" 32 oyunda sonra 55 xalla ikinci pillədə qərarlaşıb. Lider "Hamburq"un 56, Azərbaycan milli komandasının futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Nürnberq" isə 45 xalla 10-cu pillədə qərarlaşıb.